Qubanın Küsnət Qazma kəndində yerləşən "Şah əsəri" restoranında intihar hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, həmin restoranda kassir işləyən Xaçmaz rayonunun Gəncəli kənd sakini, 25 yaşlı Səbuhi İlqar oğlu Həsənov özünü restoranın ayaqyolunda iplə asaraq intihar edib.
Hadisə yerində rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları işləyib. Mərhumun meyiti tibbi ekspertiza edilib.
Səbuhi Həsənovun restoranda işçilər üçün nəzərdə tutulan kotejdə yaşadığı bildirilir. Quba rayon prokurorluğunda fakta görə araşdırma başlanılıb.
25 yaşlı Səbuhi Həsənovun özünü hansı səbəbdən öldürməsi hələ məlum deyil. Mərhum subay olub.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:02 / 12.11.2021
Qubada 25 yaşlı gənc intihar etdi
Hazırda oxunan: Qubada 25 yaşlı gənc intihar etdi
Hazırda oxunan: Qubada 25 yaşlı gənc intihar etdi
0:00
0:00
45669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.