Tərlan Elçin oğlu Kərimduxt Vətən müharibəsinin Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb.
Bizim.Media 19 yaşlı qazinin vəziyyəti ilə maraqlanıb.
O, bildirib ki, Ağdərə istiqamətində gedən döyüşlərdə minaatan mərmisinin partlaması nəticəsində ağır yaralanıb:
"Yanvar çağırışçısıyam, əsgərəm. Müddətli ön xətdə xidmət edirdim, bu borcumuzdur. İki ayağım dizimə qədər qəlpədir. Həkimlər 10-a yaxın qəlpə çıxardıblar, lakin hal-hazırda ayağımda 20-yə yaxın qəlpə qalıb. Sağ əlimin 2 barmağı sınıb. Vətərləri əzilib, tikiş qoyulub".
"Əlimdə də qəlpələr qalıb. Qarnımda da çox saylı qəlpə yaraları var. Dalağım çıxarılıb. Bağırsağımdan ölçüsünü dəqiq bilmirəm, amma neçə metrsə kəsilib. İndi bağırsağım çöldədir. 2-ci əməliyyatda bağırsağımı içəri salacaqlar. Qarın hissəmdə də 2 yerdə qəlpə var. Yerini dəqiqliklə bilməsəm də, həkimlər onların çıxarılmasının riskli olduğunu deyir”.
Qeyd edək ki, qazi Sumqayıt şəhər H. Zeynalabdin qəsəbəsi, Ceyranbatan küçəsi, ev 129 ünvanında yaşayır. Lakin Sumqayıt İcra Hakimiyyəti və H. Zeynalabdin qəsəbə icra nümayəndəliyindən ona baş çəkilməyib. Bununla bağlı H.Zeynalabdin qəsəbə nümyəndəsi Lalə Hacıyeva ilə əlaqə saxlamağa çalışsaq da, o telefonlara cavab vermədi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:20 / 09.12.2020
H.Z. Tağıyev qəsəbə nümayəndəliyi ağır vəziyyətdə olan qaziyə niyə diqqət ayırmır? - FOTO
Hazırda oxunan: H.Z. Tağıyev qəsəbə nümayəndəliyi ağır vəziyyətdə olan qaziyə niyə diqqət ayırmır? - FOTO
Hazırda oxunan: H.Z. Tağıyev qəsəbə nümayəndəliyi ağır vəziyyətdə olan qaziyə niyə diqqət ayırmır? - FOTO
4562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.