Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində fəaliyyət göstərən “Aura” şadlıq sarayında yoxlama aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Şadlıq saraylarında qiymətlər bahalaşdı – MONİTORİNQ
Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Bizim.Media