Texas ştatında Azərbaycan icmasının üzvləri ilə görüş - FOTO

Hazırda oxunan: Texas ştatında Azərbaycan icmasının üzvləri ilə görüş - FOTO

45614

ABŞ-ın Hyuston şəhərində Texas ştatında yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb, Koordinasiya şuralarının və “Azərbaycan evləri”nin bu istiqamətdəki əhəmiyyətli rolundan söz açıb, soydaşlarımızı “Azərbaycan evləri”nin fəaliyyətində aktiv iştirak etməyə səsləyib.
 

MÖVZU İLƏ BAĞLI:

İtaliyada Azərbaycan icması sosial aksiya keçirdi – SƏBƏB - FOTO


Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov və Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova da soydaşlarımızı 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik ediblər.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və diaspor nümayəndələrinin Şuşa səfərlərinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüş diaspor nümayəndələrinin ifasında bədii proqramla davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin