Azərbaycanda otellərin Yeni il sərgüzəştləri başladı – Bir ailəyə 20 MİN AVRO 

Hazırda oxunan: Azərbaycanda otellərin Yeni il sərgüzəştləri başladı – Bir ailəyə 20 MİN AVRO 

45596

Azərbaycanda fəaliyyət göstərən otellər artıq Yeni il kampaniyalarına start veriblər. Bəs, ötən ilin məhdudiyyətlərindən sonra müştərilərə hansı qiymətlər təklif edilir? 

Bizim.Media bəzi otellərin və turizm agentliklərinin yeni il paketləri ilə maraqlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın turizm potensialı Türkiyədə tanıdıldı


Qəbələnin beş ulduzlu “Cenot Palace Hotel”inə bir nəfərin 8 gün, 7 gecəlik səfərinin qiyməti nə az, nə çox – 5150 avrodur. Burada 4 nəfərlik ailənin dincəlməsi 20600 avroya başa gələcək. 

Şamaxıda yerləşən “Sakit göl” otelində 2 gecə 3 günlük 1 nəfərlik tətil 940 manatdan təklif olunur. Dekabrın 31-ni isə “Sakit göl”də sakit keçirmək mümkün olmayacaq. Belə ki, yeni il gecəsində müştərilərə canlı musiqi və uşağlar üçün əyləncə təklif olunur. 

Qeyd edək ki, uşaq və ya böyük olmasından asılı olmayaraq 4 nəfərlik ailə Yeni ili bu oteldə qarşılamaq üçün 3760 manat ödəməli olacaq.

Yeni il Şəkidə qarşılamaq istəyənlər “Marxal” istirahət kompleksinə üz tuta bilərlər. 

Otel dekabrın 31-dən yanvarın 4-nə qədər, 2 gecə 3 günlük bayram tətili təklif edir. Burada bir nəfərlik istirahət 360 manata təklif olunur, 6-12 yaşlı uşaqları özünüzlə “Marxal”a aparmaq istəyirsizsə, onların biri üçün 55 manat ödəməli olacaqsınız.

“Duzdağ Hotel Naxçıvan”-da 1 nəfərin 8 gün, 7 gecəlik istirahəti 980 manatdan təklif olunur.

Bununla yanaşı yeni il xaricdə keçirmək istəyənlər üçün də tur təklifləri başlanıb.

İstanbula səyahətlə bağlı müxtəlif Yeni il paketləri var – Məsələn, 1 nəfər 4 gecə, 5 gün qalmaq üçün 534 dollarlıq təklifi seçə bilər. Ailə ilə İstanbula gedən bu qiyməti ailə üzvlərinin sayına vurmaqla seçimini edə bilər.

557 və 581 dollarlıq tur paketləri seçsəniz, yeni ili Sankt Peterburqda da qarşılaya bilərsiniz.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin