Kəlbəcərli şair sabiq müdirə çağırış etdi- VİDEO

Hazırda oxunan: Kəlbəcərli şair sabiq müdirə çağırış etdi- VİDEO

45583

Adı külli miqdarda korrupsiya və saxta diplom qalmaqalında hallanan Kəlbəcər Təhsil Şöbəsinin  sabiq müdiri Məhəmməd Bağırovun “yaradıcılığı” artıq şairlərin də diqqətini cəlb edib.

Moderator.az-a tarix müəllimi şair, satirik yazar İsməli Kamalov da müraciət edib. Xatırladaq ki, bir müddət öncə saytımıza video açıqlama verən rayonun Yellicə kənd sakini Kamalov Məftun İsməli oğlu Kəlbəcər rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovu ondan 15 min manat rüşvət almaqda ittiham edirdi.

 Müəllimin dediyinə görə, keçmiş şöbə müdiri onu aldadaraq vəzifəyə təyin edəcəyinə söz versə də sonradan buna əməl etməyib. Sabiq müdir Məftun Kamalovdan almış olduğu rüşvətin bu günə kimi hələ də bir hissəsini qaytarmayıb. Moderator.az da müəllim Məftun Kamalovun iddialarını  əks etdirən videonu  təqdim etmişdik. Amma hələ də Məftun Kamalovdan  aldığı pulu  qaytarmadığından  müəllimin şair atası satirik yazar İsməli Kamalov sabiq müdirə bir şeir parçası da həsr edib. Bəri başdan qeyd edirik ki, qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq.

   MƏHƏMMƏD

Zamanın sazı deyil mənim  bu sazım

Bəs belə zamandan giley nə lazım?

Rüşvət ver sənə də bir şeir yazım

Verim qiymətini “əla” Məhəmməd!

 

Vicdan, Insaf, sənnən küsüb maşallah!

Sayəndə düşmüşük kasıb , maşallah!

Enin uzununu basıb, maşallah

Sığmırsan küçəyə, yola Məhəmməd.

 

Əməllərin paxır,bəxtin qalayçı

Birinə qoltuqsan , birinə yançı

Dağıldı Kəlbəcər,”aşığın alçı”

Batıbdı barmağın bala Məhəmməd.

 

Zamannan kart çəkdin , kartın qızıldı

Ən halal çörəyin niyaz-nəzirdi

Dayın “Qərargah”da “Qara vəzirdi”

Hələlik hürürsüz yala Məhəmməd.

 

Yanvarda palçıqdan çıxardın çulu

Min bir yüz ziyalı əmrinin qulu

Neynirsən yığırsan bu qədər pulu?

Bir gün düşəcəksən pula, Məhəmməd.

 

Nahaq böyüklərin çıxdın üzünə

Qaçqın çörəkləri durar gözünə

Özündə hörmət yox, ada sözün nə?

Ali Mühəmmədin vali Mühəmməd!

 

Yığırsan xəzinə, yığırsan yatar

Artıqca xəzinən , dərd-qəmin artar

Bir gün İsməlidə qolundan tutar

Deyər ki, day sürüş bala, Məhəmməd!

Qeyd edək ki, Baş Prokuorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsi aprelin 4-də Kəlbəcər rayon Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cinayət işi açıb. (vəzifə səlahiyyətlərindən sui-istifadə). Korrupsiya qarşı Baş Mübarizə İdarəsinin İstintaq Şöbəsi Məhəmməd Bağırovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə qərarı icra üçün təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin