Azərbaycanda "COVİD-19"dan daha 43 nəfər həyatını itirdi

Hazırda oxunan: Azərbaycanda "COVİD-19"dan daha 43 nəfər həyatını itirdi

4554

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 086 yeni yoluxma faktı qeydə alınıb, 1 781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 149 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 nəfər vəfat edib, aktiv xəstə sayı 57 812 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 190, ötən müddət ərzində isə ümumilikdə 1 847 191 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin