“Qala divarlarını noyabrın 7-i saat 16 radələrində Səbail rayonu ərazisində yerləşən məktəblərin birinin şagirdləri – P.Bayramlı, M.Məmmədli və D.Verstakov yazıb.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bizim.Media-ya açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
İçərişəhəri biabırçı hala salan KİMLƏRDİR? - FOTOFAKT
O bildirib ki, həmin şəxslər birlikdə mağazadan müxtəlif boyalar alaraq, əraziyə gəliblər. Daha sonra məktəblilər Qala divarlarında şəkillər, qrafiklər çəkib, müxtəlif yazılar yazıblar.
“Valideynlərə tövsiyə edirik ki, övladlarına Azərbaycanın tarixi abidələrinə hörmətlə yanaşmalarını təbliğ etsinlər”, - deyə, DİN rəsmisi vurğulayıb.
Bizim.Media