SOCAR qeyri-sabit hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirilib, açıq səthlərdə aparılan işlər dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, artıq 70 nəfər SOCAR əməkdaşı təxliyə olunub.
MÖVZU İLƏ BAĞLI:
Hazırda külək ən güclü bu ərazilərdə əsir - FAKTİKİ HAVA
Qeyd edək ki, havanın kəskin dəyişməsi haqqında xəbərdarlıq edilib.
Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək. (Report)
Bizim.Media