Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Sərxan Mustafayev adına 2 şirkət təsis edildiyini bildirib:
"Mənim tanıdığım insan Rəsmiyyə xanım idi. O, yoldaşımın qohumu idi. Mənim başqa heç nədən xəbərim olmayıb" .
Daha sonra məhkəmədə digər şahidlər ifadə verib. Onlar təqsirləndirilən şəxsləri tanımadıqlarını və bu məsələdə heç nədən xəbərləri olmadıqlarını bildiriblər.
Proses noyabrın 24-də davam etdiriləcək.
Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.
26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:12 / 10.11.2021
XİN-in vəzifəli şəxslərinin məhkəməsində şahidlər dindirildi
Hazırda oxunan: XİN-in vəzifəli şəxslərinin məhkəməsində şahidlər dindirildi
Hazırda oxunan: XİN-in vəzifəli şəxslərinin məhkəməsində şahidlər dindirildi
0:00
0:00
45443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.