Şuşada küçələrdən birinə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Zaur Həsənov qeyd edib.
O, Facebook sosial şəbəkə hesabında video paylaşaraq Azərbaycan və Türkiyə bayraqlarının görüntüsünü izləyiciləri ilə bölüşüb.
“Hal-hazırda Şuşa şəhərində dalğanan Azərbaycan və Türkiyə bayraqları Atatürk küçəsinə baxır! 10 noyabr Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün anım günüdür. Dahi Atatürkü dərin hörmət və ehtiramla yad edirik”,- deyə o, paylaşımını şərh edib.
Xatırladaq ki, bu gün müsair Türkiyə Cümhuriyyətinin qurucusu Böyük Atatürkün anım günüdür, onun ölümündən 83 il keçir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:14 / 10.11.2021
Şuşada əsas küçələrin birinə Atatürkün adı verildi - VİDEO
Hazırda oxunan: Şuşada əsas küçələrin birinə Atatürkün adı verildi - VİDEO
Hazırda oxunan: Şuşada əsas küçələrin birinə Atatürkün adı verildi - VİDEO
45414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.