Şəmsiyyə Bəylərqızı ölüm aclığına başlayıb

Hazırda oxunan: Şəmsiyyə Bəylərqızı ölüm aclığına başlayıb

45413

Moderator.az məlumat verir ki,yazıçı-publisist Şəmsiyyə Bəylərqızı Bakı İstintaq Təcridxanasından “Yeni Müsavat” qəzetinə məktub yollayıb. Ş.Bəylərqızı məktubunda yazır: 


“Mənim dəfələrlə Penitensiar Xidmətin rəisi Mədət Quliyevin adına yazdığım ərizələr ya ünvanına göndərilməyib, ya da məni rəsmi şəxslər bilərəkdən qəbul etməyiblər.
 09.04.2014-cü ildə, 16.04.2014-cü ildə Mədət Quliyevə və Tibb-Sanitar Baş İdarəsinin rəisi Rafael Mehdiyevə müraciət etsəm də, bu günə qədər qəbul olunmamışam. 

Nəzərinizə çatdırım ki, 25.04.2014-cü ildən ölüm aclığına başlamışam. Bu məktubu yazdığım gün - yəni ayın 28-dək mənimlə maraqlanıb qəbul edən olmayıb. Rəisə yazdığım ərizəmdə göstərmişəm ki, məni cərimə təcridxanasına aparsalar, özümə qəsd edəcəyəm. 25.04.2014-cü ildə aclıq aksiyasına başladığım haqda ərizəni həmin gün saat 11:20-də korpusun böyük nəzarətçisinə təqdim etmişəm.

 Saat 5-dək gözlədim, heç bir reaksiya verilmədiyindən 17.30-da korpusun həkimi Mehparə Məmmədovaya yazılı ərizə yazaraq, onu Tibb-Sanitar hissə rəisi Qurban Hüseynova təqdim etməsi üçün müraciət etdim. Həkim məni gündə bir neçə dəfə qəbul edir. Həkimdən başqa mənim aclığıma reaksiya verən, yaxud məni qəbul edən olmayıb. Bir daha yazıb müraciət edirəm ki, hörmətli Mədət müəllim, cənab general-leytenant, xahiş edirəm məni qəbul edəsiniz”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin