Moderator.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, məhdudiyyət yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilədir.
Bu gün saat 22:00-dan etibarən, Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən (Heydər Əliyev prospekti ilə kəsişmədəki tuneldə tam olaraq) məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Həsənoğlu küçəsindən istifadə etmələri tövsiyə olunur.
Təmir işləri “Azəryolservis” ASC tərəfindən aparılır.




































































































