Türkiyədə təlimlərdə həyatını itirən Azərbaycan hərbçisi, kapitan Rafiq Carulla oğlu Quliyevin tabutu qardaş ölkədən yola salınıb.
Bizim.Media-nın mərhumun ailə üzvlərindən əldə etdiyi videodan aydın olur ki, Rafiq Quliyevin cənazəsi tibbi ekspertiza edildiyi xəstəxanadan Türkiyə hərbçiləri tərəfindən hərbi qaydalara uyğun yola salınıb və Azərbaycan hərbçilərinə təhvil verilib.
MÖVZU İLƏ BAĞLI:
Hərbi qulluqçumuz həlak oldu - FOTO
Qusarın Xuray kənd məzarlığında dəfn edilən Rafiq Quliyev son mənzilə böyük izdihamla yola salınıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin və Qusardakı hərbi hissəsinin şəxsi heyəti iştirak ediblər. Vətən Müharibəsi iştirakçısı olan Rafiq Quliyev 3 aya yaxın idi ki, Türkiyədə təlimlərə qatılmışdı.
Rafiq Quliyev bir ay sonra ata olmağa hazırlaşırdı.
Aytəkin Alxaslı, Bizim.Media