Moderator.az xəbər verir ki, tanınmış sənətçi, əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli haqqında açılan cinayət işi ilə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib. A. Haşımova əvvəlcə mərhum şairimiz N. Kəsəmənlinin yaradıcılığını dəyərləndirərək, onu müasir poeziyamızın Müşfiqi adlandırıb. A. Kəsəmənlinin ilk həbsindən xəbərsiz olduğunu, lakin hal-hazırkı vəziyyətdən xəbərdar olduğunu və sanki kiminsə bu ailəyə cəhənnəm əzabı yaşatmaq istədiyini bildirib. Əməkdar artist daha sonra müraciətinə bu cür davam edib: “Bilmirəm, bu ədavət hardan gəlir, amma fakt ortadadır. İnsan 7 aydır günahsız yerə yenə də həbsxana təcridxanasinda saxlanılır. Heç bir dəlil olmadan insanı günahlandırmaq yalnız böyük qərəzin göstəricisidir. Kimlər maraqlıdır bu işdə, onu bilmirəm. Amma bircə onu bilirəm ki, heç kəsin balasına tor qurmaq olmaz. Allah qarşısında böyük günahdır. Bu gəncin 36 yaşı var. 36 yaşında günahsız gəncin həbsi bir insanı ölümə məhkum etmək deməkdir. Mən hər zaman Dövlətimizə inanıb, ona söykənib, ona inanmişam. Yenə də ona inanıram. Mən inanıram ki, Dahi Şairin ruhunu, məsələdən hali olanlar haqsız qoymayacaqlar. Üzümü tuturam güvəncim olan Dövlətimizə və onun rəhbərliyinə. Xahiş edirəm, öz adımdan və bütün əsl sənət fədailəri adından. Doğrudan da Kəsəmənlinin balası günahsızdırsa, onun azad olunmasına kömək etsinlər. Üzümü tuturam ölkəmizin birinci xanımı, xanım Mehriban Əliyevaya. İnandiğimiz, güvəndiyimiz, hər zaman kasıbların, yoxsulların, çarəsizlərin çarəsi olan bacım, sizdən xahiş edirik, əgər bu oğlanın günahı yoxdursa, onun anasına balasının azadlığının geri verilməsinə kömək edin. Sabah səhər 10:30-da, 29-aprel Ağır cinayyətlərdə növbəti məhkəmə prosesi olacaq. Göydə Allah, yer üzündə sizi deyib çağırırıq, hər zaman güvəndiyim Dövlətimiz. İnanırıq, şairin ruhu şad olacaq." Xatırladaq ki, A. Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.
- A-
- A
- A+
Cəmiyyət
14:12 / 29.04.2014
Əməkdar artist Nüsrət Kəsəmənlinin oğlu ilə bağlı Mehriban Əliyevaya müraciət etdi
Hazırda oxunan: Əməkdar artist Nüsrət Kəsəmənlinin oğlu ilə bağlı Mehriban Əliyevaya müraciət etdi
Hazırda oxunan: Əməkdar artist Nüsrət Kəsəmənlinin oğlu ilə bağlı Mehriban Əliyevaya müraciət etdi
45255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































