Moderator.az xəbər verir ki, 27 aprel 2014-cü ildə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşkilatçılığı ilə Bayıl qəsəbəsində yerləşən “Qızıl Əlcək” İdman klubunda “İNSAN ALVERİNİ DAYANDIRAQ” şüarı altında kikboksinq üzrə gənclər və yeniyetmələr arasında idman yarışı keçirilib. Mərasim Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının Ðzərbаycаn Rеspublikаsı Prеzidеntinin 2004-cü il 6 may tаriÑ…li 208 nömrəli Sərəncamı ilə təsdiq еdilməsinin 10 illiyi münasibəti ilə təşkil edilib. İdman yarışından əvvəl “İnsan Alverinə qarşı Mübarizə həftəliyi”nin açılış tədbiri keçirilib.
Toplantıda millət vəkilli Adil Əliyev, DİN-nin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları, KİV nümayəndələri, QHT rəhbərləri, ziyalılar və tanınmış idmançılar iştirak edib. Dövlət himni səslənməsindən sonra toplantıda çıxış edən millət vəkili Adil Əliyev Azərbaycanın son on ildə böyük inkişaf yolu keçdiyini və artıq hər il onlarla beynəlxalq səviyyəli idman tədbirinə ev sahibliyi etdiyini bildirib. Millət vəkili “İnsan Alverinə Qarşı QHT Koalisiyası”nın təşəbbüsünü alqışladığını və bundan sonrada III sektorla əməkdaşlığa hazır olduqlarını qeyd edib.
DİN-nin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin şöbə müdiri Fuad Əliyev və “İnsan Alverinə Qarşı QHT Koalisiyası”nın rəhbəri Mahirə Əmirhüseynova insan alverinin bəşəriyyət və cəmiyyətimiz üçün doğurduğu təhlükədən və buna qarşı dövlətin və ictimaiyyətin birgə mübarizə tədbirləri haqqında danışıblar.
Gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsində idmanın xüsusi rolunu vurğulayan natiqlər ölkəmizdə bu sahəyə göstərilən qayğını xüsusi vurğulayaraq
vətəndaş cəmiyyətinin də fəallığını artırmasının vacibliyini qeyd ediblər.
Yarışdan sonra sonra qaliblərə xüsusi diplomlar və hədiyyələr təqdim olunub.

































































































