Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Mərasimlərdə Azərbaycan Respublikasının Dövlət himni səslədirilib, gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanda gənc əsgərlərin andiçməsi oldu - VİDEO
Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
Bizim.Media