Bakı sakinləri Zəfər Gününü belə qeyd edir – FOTOSESSİYA

Hazırda oxunan: Bakı sakinləri Zəfər Gününü belə qeyd edir – FOTOSESSİYA

45151

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Zəfər Günü ilə bağlı yürüş keçirilib. Saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Azneft dairəsindən "Ağ şəhər" bulvarınadək davam edib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 m uzunluğunda olan Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. 

Sonra Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə fləşmob keçirilib. Könülülərin iştirakı ilə "Dəmir yumruq" kompozisiyası hazırlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Zəfər yürüşü belə keçirildi – FOTOSESSİYA


Axşam saat 21.10-da isə Bakının Dənizkənarı Bulvarında şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olacaq.

Bu əlamətdar günlə bağlı şəhər sakinləri və paytaxtımızın qonaqları küçələrə axışaraq Ali Hərbi Məktəbin kursantlarının yürüşünü izləyiblər və onları alqışlayıblar.

Bizim.Media-nın əməkdaşları bu anları çəkərək fotosessiya hazırlayıblar.

Hazırda həmin fotoları sizə təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin