Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media xəbər verir ki, hadisə Aeroport yolunun Suraxanı rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, 141 saylı sərnişin avtobusu idarəetmədən çıxaraq əvvəlcə velosipedçini, sonra isə təxminən 55-60 yaşlı qadını (hər ikisinin şəxsiyyətləri müəyyənləşdirilir-red) vurub. Nəticədə hər iki şəxs ağır xəsarətlər alıb.
Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media