Təhsil Nazirliyi tələbələrə bu tarixədək müraciət imkanı verdi

Hazırda oxunan: Təhsil Nazirliyi tələbələrə bu tarixədək müraciət imkanı verdi

4494

Təhsil Nazirliyi  e-telebe.edu.az portalına müraciətlərin qəbulunu dekabrın 10-dək davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb.

Məlumata görə, məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində  maksimum əhatəni təmin etməkdir.

Cari tədris ilində sosial həssas əhali qrupuna aid olan tələbələrdən qeyd edilən tarixədək (10 dekabradək) e-telebe.edu.az elektron portalına müraciətlərini tamamlayaraq təsdiq etməsi xahiş olunur.

Qeyd edək ki, son iki ay ərzində  2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib.

Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin