AZƏRBAYCANDA ŞOK HADİSƏ: Evində tutduğu şəxsi butulka ilə zorlayıb videoya çəkdi – TƏFƏRRÜAT

Hazırda oxunan: AZƏRBAYCANDA ŞOK HADİSƏ: Evində tutduğu şəxsi butulka ilə zorlayıb videoya çəkdi – TƏFƏRRÜAT

44882

Bir müddət əvvəl sosial şəbəkələrdə evdə müxtəlif şəxslər tərəfindən döyülərək videosu çəkilən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

Bizim.Media xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, hadisə 3 dekabr 2017-ci ildə Xaçmazda baş verib. 

Video ictimailəşdikdən sonra orada görüntülənən və içki şüşəsi ilə zorlanan şəxs polisə müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ŞOK HADİSƏ: Ərli qadın evli kişiyə qoşulub qaçdı 


Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma – xüsusi amansızlıqla və işgəncə verməklə törədildikdə) və 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri (qanunsuz azadlıqdan məhrum etmə, silah tətbiq etməklə, həyati təhlükə yaratmaqla və bir qrup şəxs tərəfindən törədilməklə) ilə cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, videoda görünən qan içindəki şəxs Xaçmaz sakini Azər Balamədovdur (bütün ad və soyadlar şərtidir). Onu döyənlər də həmyerliləri və qohumları, rayonun XXX kəndindən olan 1988-ci il təvəllüdlü Daşqın və 1981-ci il təvəllüdlü Nazim Muradov qardaşlarıdır.

Belə ki, Daşqın Muradov hadisə baş verən gün Sumqayıtdan Xaçmaz şəhərindəki evinə qayıtdıqda həyat yoldaşının anasının xalası oğlu olan Azəri orada görüb və hər şey bundan sonra baş verib.
 

Publika.az qeyd edir ki, Azəri döyən qardaşlardan Nazim Muradov 2021-ci il 21 fevral tarixində, yəni barəsində cinayət işi başlayandan bir neçə gün sonra ürək tutmasından ölüb. Hadisənin əsas iştirakçısı olan 33 yaşlı Daşqın isə həyat yoldaşından boşanıb.


Xaçmaz rayon Məhkəməsində hakim İlkin Xəlilovun sədrliyi ilə keçirilən prosesdə Daşqın Muradov hadisə baş verən gün Azərin onun həyat yoldaşını aldadaraq evə daxil olduğunu və onu zorlamağa çalışdığını deyib:

“03.12.2017-ci il tarixdə Sumqayıta çatdım, işlərimi görüb qurtardıqdan sonra Xaçmaza qayıtdım. Yaşadığım evə gəldim, giriş qapısına çatan zaman darvaza bağlı olduğu üçün darvazanı döydüm. Həyat yoldaşım qapını açmadı, mobil telefonuna zəng etdim. Arvadımın telefona cavab verdikdə ağladığını eşitdim, ona tez qapını açmasını dedim.

Bundan sonra Fidan həyətin dəmir darvazasını açdı və mən həyətə keçdim. Fidan təngənəfəs halda çətinliklə mənə “qohumumuz Azər məni aldadıb başqa adla evə gəlib əl-qol ataraq məni zorlamaq istəyirdi, sənin gəlməyini eşidib mansarda qaçdı” sözlərini dedi. 
 

Bu sözü eşidən kimi birbaşa mansarda qalxdım. İçəri daxil olanda gördüm ki, Azər çarpayının alt hissəsinə uzanaraq gizlənmək istəyir. Başına yumruq zərbələri vurub onu mansarddan birinci mərtəbəyə düşən pilləkənlərdən itələdim. Dəhlizdə də yumruq və təpik zərbələri ilə döydüm.


Pəncərənin kənarında olan 3 litrlik balon şüşəsini onun baş nahiyəsinə vurub sındırdım. Əlimdə qalmış balon şüşəsinin sınmış parçası ilə onun sinə və ayaq nahiyələrinə zərbələr endirdi. Bu zaman Azər mənə “dayan, deyəcəm mən bura niyə gəlmişəm” sözlərini dedi. Buna görə onu döyməyi dayandırıb “niyə gəlmisən” soruşdum.

Azər də “sənin arvadın Fidanı bir neçə gün əvvəl restoranda bir qızla birlikdə oğlanlarla görüşən görmüşəm” və mənə “inanmırsan, dayım oğlu Rasim və qohumum Yusifdən soruş” dedi. Bir anlıq tərəddüd keçirib həmin şəxslərə zəng etdim. Həmin şəxslərin ikisi də Azərin dediklərini inkar etdilər. Azəri evimdə tutduğumu dedikdən sonra onlar bizə gəldilər. 
 

Onların hər ikisi Azərin yalan danışdığını üzünə qarşı dedilər, hətta onun üzünə tüpürüb nalayiq sözlərlə “niyə yalan danışırsan, biz sənə elə söz demişik?” deyə soruşdular. Azər isə susaraq onlara cavab vermədi.


Yusif və Rasim mənə daha bu qədər döyməyim bəsdir deyib Azəri buraxmağımı məsləhət görsələr də, cavabımda onlara Azəri belə asanlıqla buraxmayacağımı dedim. Ağlımdan onun etdiyi alçaqlığa görə nəsə ciddi bir cəza vermək keçirdi. Həmin vaxt ətrafa baxdıqda pilləkənin altında su şüşəsini görüb fikrimi qətiləşdirdim”.

İstintaq materiallarında məlum olur ki, Daşqın və qardaşı götürdükləri su şüşəsi ilə Azəri zorlayıblar. Bu zaman onlar həmin şəxsə dabankeş və bıçaqla çoxsaylı zərbələr endiriblər, həmçinin 1 dəqiqə 34 saniyəlik video çəkiblər.
 

Videoda həmin şəxslərin Azər Baləmədovu ağır ifadələrlə söyüb təhqir etməsi, başına, cinsiyyət orqanına ayaqqabı geyinmək üçün istifadə edilən metal uzunsov əşya ilə zərbələr endirməsi, çiynindən aşağı basmaları və bu zaman butulka ilə zorlaması əks olunub.


Xaçmaz rayon məhkəməsi təqsirləndirilən şəxslərdən Nazim Muradov artıq vəfat etdiyindən onun barəsində qərar çıxarmayıb. Daşqın Muradov isə məhkəmə zalında həbs edilib və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin