“Narazı adam şikayət edə bilmirsə, elə həbs olunsa yaxşıdır”

Hazırda oxunan: “Narazı adam şikayət edə bilmirsə, elə həbs olunsa yaxşıdır”

44879

Dünən Ağdaşdan və Mingəçevirdən iki şikayətçi Moderator.az-a müraciət etmişdi ki, aprelin 26-da daxili işlər naziri Ramil Usubovun Göyçayda vətəndaşları qəbul edəcəyi xəbərini eşidib qəbul üçün müraciət etsələr də polis rəisləri onların hansı səbəbdən nazirlə görüşə can atdırlarını bilərək buna mane olur, hətta həbslə təhdid edirlər ki, nazir gedəndən sonra onları içəri atdırcaq...

  Ona görə də biz hüquqşünas, keçmiş polis rəisi Əlövsət Əliyevə müraciət edərək bir suala cavab istəmişik:

Nazir rayonlardakı görüşlərədə polis rəislərini şikayətçilərlə eyni otaqda qəbul etməlidirmi, əgər şikayətçi məhz həmin rəisdən şikayət etmək üçün gəlibsə, bunu əvvəlcədən bilən və rəis həmin vətəndaşın qəbula düşməsinə imkan verərmi?

 

Müsahibimiz deyir ki, normal və demokratik cəmiyyətlərdə bu qayda qəbulolunandır. Insanlar harda və kimin yanında olmalarından asılı olmayaraq düz danışırlar. Bu tip qəbullarda nazir bütün sahələr üzrə vətəndaşları qəbul edir, təkcə polislə baglı olan narazıları qəbul etmir:

“Təbii ki, polisdən narazıların qəbulu baxımından sizinlə razıyam, hansısa fərqli mexanizmlər yaradıla bilər. Amma ümumi qəbulların keçirilməsində bunun ziyanı olmaz. Digər tərəfdən, gəlin razılaşaq ki, narazı adam şikayət edə bilmirsə, elə o həbs olunsa yaxşıdır. Amma bir daha deyirəm, ümumi şikayətçilər qəbul olunursa orada təkcə rəisi kənarlaşdırmaq da olmaz. Təsəvvür edin ki, nazir ümumi camaatı qəbul edir və problemlərini dinləyir. Rəisə də deyir otur yanımda. Tutaq ki, mən şikayətçiyəm və nazirə deyirəm ki, uşağıma şəxsiyyət vəsiqəsi vermirlər. Nazir də rəisdən səbəbini soruşur, birgə qəbul bu tip məsələlər üçündür.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin