Nərimanov kinoteatrının yerində ticarət obyekti tikilir

Hazırda oxunan: Nərimanov kinoteatrının yerində ticarət obyekti tikilir

44858
2013-cü ilin iyul ayında sökülən "Nərimanov" kinoteatrının yerində ticarət obyekti tikilir. 

Hafta.az-ın verdiyi xəbərə görə, tikintinin sifarişçisi “Vulkan-S” məhdud məsuliyyətli cəmiyyətidir. Tikiləcək ticarət mərkəzi 3 ölçülü görünüşə malik olacaq. Obyektin hündürlüyü 17 metr, mərtəbələrinin sayı isə 3-dür. Tikinti üçün Dövlət Ekspertiziyasının rəyi 2014-cü ilin fevralın 12-də verilib. Layihəçi 2014-cü ildə yaradılan “AS-KO” MMC, podratçı isə 2012-ci ildə yaradılan “Minera” MMC-dir. Tikintiyə bu ilin fevralın 12-də başlanılıb və avqustun 1-də başa çatdırılması nəzərdə tutulub. Kinoteatrın yerində tikiləcək ticarət obyektinin maketinin fotosunu təqdim edirik.

Qeyd edək ki, kinoteatr Mədəniyyət və Turizm Nazirliyinin balansından çıxdıqdan sonra uzun müddət idi ki, çayxana və mebel salonu kimi fəaliyyət göstərirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin