Şəhid anası Milli Məclisdə işlə təmin edildi - FOTO

Hazırda oxunan: Şəhid anası Milli Məclisdə işlə təmin edildi - FOTO

44814

Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə dövlət qulluğuna qəbul edilərək parlamentdə işlə təmin olunub.

Bizim.Media xəbər verir ki, bu münasibətlə Milli Məclisin sədri Sahibə Qafarova şəhid anası ilə görüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis Zəfər Günü bəyanatı ilə bağlı komissiya yaratdı


Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabr tarixində Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin