Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş hərbi qulluqçularının təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncam ümumlikdə 805 şəhidimizə şamil edilib. Onlar orden və medallarla təltif ediliblər.
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM
Hərbi qulluqçulardan 136 nəfəri “Azərbaycan Bayrağı”, 165 nəfəri 3-cü dərəcəli “Rəşadət”, 28 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.
Bundan başqa, 5 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 17 nəfər “Cəsur döyüşçü”, 1 nəfər “Döyüşdə fərqlənməyə görə”, 143 nəfər “Suqovuşanın azad olunmasına görə”, 27 nəfər “Cəbrayılın azad olunmasına görə”, 31 nəfər “Xocavəndin azad olunmasına görə”, 131 nəfər “Füzulinin azad olunmasına görə”, 19 nəfər “Qubadlının azad olunmasına görə”, 52 nəfər “Şuşanın azad olunmasına görə”, 30 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 3 nəfər “Ağdamın azad olunmasına görə”, 10 nəfər isə “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Bizim.Media