Azərbaycanda yeni ödəniş sistemi - ÜZTANIMA

Hazırda oxunan: Azərbaycanda yeni ödəniş sistemi - ÜZTANIMA

44791


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən üztanıma texnologiyası ilə ödəniş sistemi hazırlanır.

Bunu Bizim.Media-ya Mərkəzinin direktor müavini İnarə Vəliyeva deyib.

Onun sözlərinə görə, bu, istifadəçiyə biometrik məlumatları bank kartına və ya hesabına bağlayıb, kamera vasitəsilə üzünü skan edərək ödəniş həyata keçirməyə imkan verəcək.

"Bu xidmət müştərilərə daha tez ödəniş etməyə, xidmət sahələrinə isə xərclərini azaltmağa imkan verəcək. Xidmətin gələn ilin ilk yarısında təqdim olunması nəzərdə tutulur", - deyə İ. Vəliyeva qeyd edib.
 

Mərkəzin direktor müavini əlavə edib ki, MHM tərəfindən davamlı olaraq beynəlxalq təcrübənin öyrənilərək ölkəyə gətirilməsi, rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu xidmətlərə əhalinin əlçatanlığının artırılması məqsədilə strateji layihələr, həmçinin ardıcıl işlər həyata keçirilməkdədir.


"Biometrik məlumatlar bu sahədə bizə geniş imkanlar açır və yeni texnologiyaların inkişafı "BioPOS" terminal (bioekvayrinq) funksionallığının tətbiqini əlçatan edir", - deyə İ. Vəliyeva qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin