Şuşanın son məzunları 30 il sonra öz məktəblərində görüşdülər - FOTO

Hazırda oxunan: Şuşanın son məzunları 30 il sonra öz məktəblərində görüşdülər - FOTO

44768

Azərbaycan Televiziyası Vətən müharibəsinin ildönümü ilə əlaqədar daha bir sənədli film hazırlayır. 

Bizim.Media AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, “Küçəmiz, evimiz, məktəbimiz...” adlı film 1991-ci ildə Nəcəf bəy Vəzirov adına Şuşa şəhər 2 saylı orta məktəbi bitirən son məzunlar barədədir.

Sinifin bütün şagirdləri illər əvvəl son zəngdə gələn il Şuşada görüşməyi arzu etsələr də, bu istəkləri düz 30 il həyata keçmir. 

30 il sonra yenidən Şuşaya qayıdan məzunlar həm arzularına çatırlar, həm də məktəblərini, evlərini, küçələrini ziyarət edirlər.

Layihə rəhbəri Elçin Musaoğlu, baş prodüser Fatimə Əzimova, ssenari müəllifi və rejissorlar Pərviz Həsənov və Orxan Əzimdir.

Film tezliklə AzTV-də yayımlanacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin