Avrokubokların qrup mərhələsinin IV turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.
Bizim.Media-nın məlumatına görə, ilk “100-lük”də Azərbaycanın yalnız bir klubu yer alıb.
Konfrans Liqasının “Kayrat”la Qazaxıstandakı oyununda 2:1 hesabı ilə qalib gələn “Qarabağ” siyahıda 57-ci yerə yüksəlib.
Bu qələbə ilə xal hesabını 24,000-ə çatdıran Ağdam təmsilçisi 7 pillə irəliləyib.
MÖVZU İLƏ BAĞLI:
Qurban Qurbanov: “Futbolçularım böyük bir zəfər qazandı”
Qurban Qurbanovun yetirmələri “Makkabi” (Təl-Əviv), “Qalatasaray”, “Feyenoord”, “Alkmaar”, “Volfsburq”, “Hoffenhaym”, “Real Sosyedad”, “Lill”, “Borussiya” (Mönhenqladbax) kimi komandaları qabaqlayır.
Qeyd edək ki, cədvələ 129,000 xala malik “Bavariya” başçılıq edir.
Bizim.Media