Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasın yenilənməsini həyata keçirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Bank açıqlama yayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 500 manatlıq əskinaslar dövriyəyə buraxıldı - FOTO
““Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən, Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, yenilənmiş əskinasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.
Bizim.Media