Azərbaycanda məktəblərdə koronavirusun yayılması ilə əlaqədar tətil elan olunmayacaq.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Yeni il gecəsi restoranların işi ilə bağlı QƏRAR VERİLƏCƏK
“Əgər sinifdə kimsə koronavirusa yoluxubsa, həmin sinif bağlanır, müəllimlər xəstələnirsə, məktəb bağlanır və 2 həftəlik distant təhsilə keçirilir.
Bu protokola əsasən, təhsildə idarəetmə həyata keçirilir. Əsas göstərici xəstəxanalarda əlavə yerin olub-olmaması ilə bağlıdır. Xəstəxanalarda yerlər varsa, deməli bizim səhiyyə sistemimizin xəstələri qəbul etmək imkanı var və qapanmaya getməyə ehtiyac yoxdur”.
Bizim.Media