Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı da sığınacağa YERLƏŞDİRİLDİ

Hazırda oxunan: Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı da sığınacağa YERLƏŞDİRİLDİ

44637

"Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın qardaşı da müəssisəyə yerləşdirilib".

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov deyib.

M.Həşimovun sözlərinə görə, o, artıq agentliyin müvafiq müəssisəsindədir:

"Azyaşlı Sosial Xidmətlər Agentliyi ilə aidiyyati dövlət orqanları və İmişli Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində, sığınacağa yerləşdirmə qaydalarına uyğun olaraq müəssisəyə gətirilib.

Onun da psixo-sosial vəziyyəti qiymətləndirildikdən sonra reabilitasiyası istiqamətində fəaliyyətə başlanacaq".
 

Qeyd edək ki, İmişli rayonunda 11 yaşlı ananın körpəsi həmin xəstəxananın Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi.


Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

On bir yaşlı uşaq və anası Sosial Xidmətlər Agentliyin müəssisəsinə yerləşdirilib. A.N-nın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq noyabrın 2-də dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin