Bakı Şəhər İcra hakimiyyətində Könül Xasıyevanı unuda bilmirlər...

Hazırda oxunan: Bakı Şəhər İcra hakimiyyətində Könül Xasıyevanı unuda bilmirlər...

44627
Moderator.az oxucularına bir reklam lövhəsini təqdim edir. Qeyd edək ki, həmin lövhə şəhərin düz göbəyində, metronun "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları arasında, F. Xoyski prospektində düz yol kənarında ordan keçən hər kəsi bir anlıq dayanmağa vadar edir. Çünki lövhədə əməkdar artist Könül Xasıyevanın Heydər Əliyev sarayındakı konsertinə pərəstişkarları dəvət edilir...
Amma birdən siz də aldanıb belə bir konsertin olacağını kiməsə deyərsiniz. Məsələ ondadır ki, bu konsert 5 ay bundan öncə olub. Yəni ötən ilin dekabrın sonlarında baş tutmuş konsertin hələ də reklamı oradan pərəstişkarlara "gəl-gəl" deyir.
Maraqlıdır, doğrudanmı Bakı Şəhər İcra Hakimiyyətinin başbilənləri Könül Xasıyevaya hüsn-rəğbətləri üzündən o lövhəni yenisiylə əvəz etməyə qıymılar...? 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin