RÜSUMLAR qüvvəyə minməmiş Tovuzda avtomobil bazarı “od-tutub yanır” – FOTOREPORTAJ

Hazırda oxunan: RÜSUMLAR qüvvəyə minməmiş Tovuzda avtomobil bazarı “od-tutub yanır” – FOTOREPORTAJ

44617

Tovuzda avtomobil bazarında maşınlar bahalaşıb. Xüsusilə Rusiya istehsalı olan nəqliyyat vasitələrinin qiymət artımı müşahidə olunur.

Bizim.Media-nın Tovuz bazarında vəziyyətlə tanış olan bölgə müxbiri durumu işıqlandırıb.

Müşahidələrə görə, bazarda Rusiya istehsalı olan avtomobillərlə digər xarici ölkələrin tanınmış istehsalçılarının avtomobilləri arasında qiymət fərqi yoxdur. Hətta istehsal ili köhnə olan maşınlar üçün də yüksək qiymətlər təklif olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Maşın bazarında qiymətlər süni şəkildə formalaşdırılır – EKSPERT


Halbuki, texniki durumla bağlı göstəriciləri qoyulan qiymətlərə uyğun deyil. Məsələn, 1970-1980-ci illər istehsalı olan “VAZ” markal maşınların qiyməti beş min manatdan başlayır.  

Satıcılar özləri də bazarda hədsiz bahalaşmanın olduğunu etiraf edirlər. Bunun səbəbini avtomobillərin qeydiyyat rüsumlarının artması haqda xəbərlərlə əlaqələndirirlər. 

Bölgə müxbirimizə müsahibə verən alıcılar qiymətlərin yüksək olmasından şikayətləniblər. 

Artan qiymətlər bazarın işini faktiki olaraq dondurub, artıq bir neçə gündür ki, alver getmir. Satıcıların deməsinə görə bu iki gündə bir ədəd olsun belə maşın satılmayıb. Sonda hər iki tərəf evə əliboş qayıdır.

Cümşüd Məmmədov, Bizim.Media - Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin