8 Noyabr - Zəfər Günü, eləcə də Vətən müharibəsilə bağlı "Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir" devizi altında tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin təşkilatçılığı ilə şəhid ailələrinə Ali Baş Komandan tərəfindən şəhidlərimizin təltif olunduqları medalların təqdimat mərasimi baş tutub.
Tovuz rayon şöbəsinin Polkovnik-leytenant Ceyhun Əliyevin tədbiri açıq elan edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dövlət himnimiz səsləndirilib. Bundan sonra şəhidlərimizin ailə üzvlərinə medallar təqdim edilib.
Çıxış edənlər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından və şəhidlərimizin Vətən Müharibəsində göstərdiyi igidlikliklərdən söz açıblar.
Daha sonra dövlətimiz şəhid və qazi ailələrinə diqqət və qayğıdan da söz açılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Cümşüd Məmmədov, Bizim.Media