44 günlük vətən müharibəsindən sonra evinə dönən qazimiz Təbriz Qorçiyevin övladları ilə ilk görüşü izləyənləri duyğulandırıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qapıdan girərkən onu gözləyən üç övladına sarılan qazimiz onlarla sevincini bölüşüb.
Qeyd edək ki, müharibəyə könüllü yollanan T.Qorçiyev Ağdərə və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Bizim.Media