Azərbaycanlı jurnalist Eynulla Fətullayev bir neçə gün əvvəl Rusiyada həbs olunması ilə bağlı gündəmə gələn azərbaycanlı biznesmen Telman İsmayılovla görüşüb.
Bizim.Media xəbər verir ki, jurnalist bu barədə şəxsi “Facebook” hesabında məlumat verib.
“Telman İsmayılovla Qarabağın azad olunmasının 1 illiyini qeyd edirik. Telman müəllimin evi Azərbaycanın bayraqları ilə bəzədilib”, - deyə Eynulla Fətullayev yazıb.
Bizim.Media