2021-ci ilin yayında Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi itkin düşən erməni əsgərlərinin sayını əks etdirən bir sənəd yayımlayıb. Sənəd 6 aprel tarixində Hərbi Sığorta Fondu tərəfindən Baş nazirin müavini Miqer Qriqoryana və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana göndərilib.
Bizim.Media xəbər verir ki, sənədə görə, itkin düşənlərin sayı, Baş nazir Nikol Paşinyanın 14 aprel Milli Məclisdə çıxış edərkən iddia etdiyi kimi 321 deyil, demək olar ki, üç dəfə çoxdur.
Sənəddə itkin düşənlərin sayının 1064 olduğu bildirilir. Üstəlik itkinlərin ailələrinə ümumən 500 milyon dram (təxminən 970 min dollar) məbləğində təzminat da verilib.
Qeyd edək ki, erməni tərəfi ölənlərin sayını da sırf bu səbəbdən gizlətməyə çalışır. Çünki 44 günlük müharibədə ölən ermənilərin sayı açıqlanan rəqəmlərdən qat-qat çoxdur. Bunu hər gün Ermənistana təhvil verilən 5-10 erməni meyitləri də təsdiqləyir.
Düzü, ermənilərin itkiləri barədə informasiya Azərbaycan xalqının elə də maraqla izlədiyi xəbər deyil. Çünki tolerantlıq və insanpərvərliyi ilə seçilən azərbaycanlılar ermənilərdən fərqli olaraq bu tip xəbəri elə də bayram etmirlər.
Azərbaycan xalqına maraqlı olan I Qarabağ müharibəsində əsir, girov və itgin düşmüş sayılan 4 minə yaxın azərbaycanlının, 44 günlük savaşda itkin düşmüş sayılan azərbaycanlıların taleyidir.
Vətən Müharibəsindən sonra tapılmayan neçə azərbaycanlı var?
2021-ci il oktyabrın 14–də Baş Prokurorluqdan 44 günlük müharibədə itkin düşmüş hərbi qulluqçularından birinin cəsədinin tapıldığı bidirilib. Onun zabit İxtiyar Əliyev olduğu müəyyən edilib. Şəhidin nəşi ailə üzvlərinə təhvil verilib və Goranboy rayonunda dəfn olunub. Bununla da 44 günlük müharibədə itkin düşmüş sayılan Azərbaycan hərbçilərinin sayı 6-ya enib.
Müharibədə şəhid olan hərbi qulluqçuların sayı isə 2 min 908-ə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçən digər 6 nəfər barədə də ən yeni informasiyaları diqqətinizə çatdırmağa çalışacağıq.
Onların adlarını sizə təqdim edirik:
1. Əsgər Feyzullayev Aydın Zakir oğlu - 1995
2. Əsgər Mehdiyev Asim Yaqub oğlu - 2001
3. Əsgər Qədirli Elnur Rəcəb oğlu - 1997
4. Əsgər Salamov Qorxmaz Bayram oğlu - 1996
5.Əsgər Səfərli Xəqani İlqar oğlu - 1991
6. Leytenant Vəlizadə İbrahim Səməd oğlu - 1998
Bizim.Media