Salyanda “Azəriqaz”ın əməkdaşlarına hücum – Yaralılar var - VİDEO

Hazırda oxunan: Salyanda “Azəriqaz”ın əməkdaşlarına hücum – Yaralılar var - VİDEO

44522

“Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşlarına xəsarət yetirilib.

Bizim.Media xəbər verir ki, Salyan Regional qaz istismarı İdarəsinin Saatlı xidmət sahəsinin əməkdaşları xidməti fəaliyyətlərini həyata keçirərkən fiziki hücuma məruz qalıblar.

“Onların arasında çilingər kimi çalışan Tahir Dostəliyev daha çox xəsarət alıb. Birliyin əməkdaşları vətəndaşlara borclu əhali istehlakçılarının vaxtlı-vaxtında ödənişi etmələrini izah etsələr belə, Azadkənd kəndinin sakinləri Afiq Ələsgərov və onun əmisi Cəlal Ələsgərov öz aqressiv davranışlarını dayandırmayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Qaz-işıq sayğacları niyə tez-tez dəyişdirilir? - SƏBƏBLƏR


Onlar Saatlı xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin rəisi Nicat Əliyevə və həmin xidmətin çilingəri Tahir Dostəliyevə xəsarət yetiriblər. Vətəndaşı sakitləşdirməyə çalışan kənd sakini, “TəmizQaz” QSC-nin Şirvan Regional Mərkəzinin əməkdaşı Ziyafət Məmmədovun da üz nahiyəsinə yumruq zərbəsi ilə xəsarət yetirilib.

Faktla bağlı hadisə yerindən Ziyafət Məmmədov tərəfindən DİN-nin “102” zəng mərkəzinə məlumat verilib. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri əməliyyat və prosessual addımlar atılıb”, deyə “Azəriqaz”dan bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin