Oğluna öz adını vəsiyyət edən şəhidin anım mərasimi keçirildi - FOTO 

Hazırda oxunan: Oğluna öz adını vəsiyyət edən şəhidin anım mərasimi keçirildi - FOTO 

44509

Bu gün Qubanın Zizik kəndində Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin baş giziri Şahin Hüseynbala oğlu Allahyarovun anım mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, anım mərasiminə qatılan DSX rəisinin müavini, general-leytenant Abbas Xəlilov, Xudat Sərhəd dəstəsinin rəisi Əkbər Mehdiyev və şəxsi heyəti, Quba İH-nin əməkdaşları, qazilər və ailə üzvləri şəhid Şahin Allahyarovun kənd məzarlığındakı qəbrini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Baş gizir Şahin Allahyarovun noyabrın 1-də Şuşa döyüşlərində qəhrəmancasına şəhid olmasından ətraflı danışılıb. 

27 yaşında şəhadətə qovuşmuş Şahinin özündən sonra 2 övladı yadigar qalıb. Vəsiyyətinə uyğun olaraq ölümündən sonra doğulan oğluna Şahin adı verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin