Tərtərdə zərərçəkən 44 obyektin təmiri niyə başlamayıb? – İcra başçısı səbəbini açıqladı

Hazırda oxunan: Tərtərdə zərərçəkən 44 obyektin təmiri niyə başlamayıb? – İcra başçısı səbəbini açıqladı

44478

"Vətən müharibəsində zərərçəkən ev və obyektlərlə bağlı ümumilikdə 7056 akt bağlanıb. Onlardan 6003-ü insanların yaşayış və qeyri-yaşayış obyektləridir".

Bizim.Media xəbər verir ki, bu sözləri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səsləndirib.
 

Onun sözlərinə görə, həmin obyektlərdən böyük əksəriyyəti təmir olunub:

 

"Yalnız 44 obyekt qalıb. Onların təmiri üçün hələlik iş başlamayıb. Həmin obyektlərlə bağlı vətəndaşlar daha çox vəsait tələb edir.

Ötən gün həmin vətəndaşlar qəbul edilərək dinlənilib. 344 evdə isə təmir işləri davam edir. Hesab edirəm ki, bu ayın sonuna qədər bu işlər yekunlaşacaq" (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin