Sabiq məmurlar azadlığa buraxıla bilər - Siyahıda kimlər var?

Hazırda oxunan: Sabiq məmurlar azadlığa buraxıla bilər - Siyahıda kimlər var?

44448

Xəbər verdiyimiz kimi, 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya aktının elan edilməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, Amnistiya aktının həbsdəki bəzi sabiq məmurlara da şamil olunacağı ilə bağlı məlumat yayılıb.

Bu barədə Qaynarinfo-da yer alan yazıda qeyd olunub ki, cari ilin fevral ayında sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla eyni cinayət işi üzrə təqsirləndirilərək həbs olunan nazirliyin keçmiş Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) də bu siyahıda yer ala bilər. 

Amnistiya aktının digər həbs edilən sabiq məmurlara da şamil olunması istisna edilmir. 

Məsələ ilə bağlı Əjdər Olun qardaşı Şahəli Cəbiyev qarşıdakı günlərdə ailə üzvləri ilə birlikdə bu sevindirici xəbəri gözlədiklərini deyib. Amma qardaşının 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya aktına düşüb-düşməyəcəyini dəqiq bilmədiyini bildirib. 
 

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Əjdər Ol” təxəllüsüylə tanınan şair-publisist Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb olunub.


O, keçmiş nazir Səlim Müslümovla eyni cinayət işi üzrə təqsirləndirilir. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittihamlar irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin