Ata Abdullayevin şantajla əldə etdiyi bahalı telefonu mağazaya ucuz qiymətə satdığı ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT

Hazırda oxunan: Ata Abdullayevin şantajla əldə etdiyi bahalı telefonu mağazaya ucuz qiymətə satdığı ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT

44329

Bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda Ata Abdullayevin xalası oğlu Səməd Məmmədov dindirilib.

O bildirib ki, Ata Abdullayevin sosial şəbəkə səhifəsini idarə edib: "İxtisasca dizayner və qrafikəm. Ata Abdullayevin videobloger səhifəsində işləmişəm. İşim videoları montaj edib, paylaşmaq olub. Canlı yayımları mən etməmişəm. Ata Abdullayevin kimdənsə pul tələb etməyini eşitməmişəm, görməmişəm".

Daha sonra prosesdə şahid qismində ifadə verən Namiq Əliyev qeyd edib ki, cinayət işində qeyd olunan telefonu mağazadan alıb: "28 May" metrostansiyasının yaxınlığında telefon dükanına getdim. Öz telefonumu verdim və "İphone 11 ProMax" telefonu aldım. Öz telefonumu 800 manata satdım, üstündə 1200 manat verdim, təzə telefonu götürdüm. Bu il yay aylarında Dövlət Təhlükəsizliyi Xidmətindən zəng etdilər, dedilər ki, mənim mağazadan aldığım telefon Ata Abdullayevin olub. Mən telefonun hardan alındığını orada dedim. Hazırda telefon məndədir və işlədirəm".

Prosesdə telefon satışı ilə məşğul olan Azər Abbasov Ata Abdullayevi tanıdığını bildirib:


"Bizim mağazanın yanında yaşayırdı. Münasibətimiz vardı, bizdən telefon alırdı. Həmin "İphone 11 ProMax"ı mənə satıb. Mən də həmin telefonu qonşu dükana Səyyada vermişəm. O da telefonu müştəriyə satdı".


İşdə adı keçən Səyyad Əliyev isə prosesdə ifadə verərək qeyd edib ki, telefonu 2000 min manata satıb: "Mənə Dövlət Təhlükəsizliyi Xidmətindən zəng ediblər. Soruşdular ki, telefonu kimdən almısan? Dəftərə baxdım ki, telefonu Azər verib. Azərdən soruşanda bildirdi ki, telefonu Ata Abdullayevdən alıb. Biz də sənədləri DTX-ya təqdim etdik. Telefonu 1800 manata almışdıq".

Prosesdə noyabrın 16-dək fasilə elan edib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılan A. Abdullayev Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin