İmişlidə 11 yaşlı qızı zorlayan şəxslə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: İmişlidə 11 yaşlı qızı zorlayan şəxslə bağlı QƏRAR VERİLDİ

0:00
0:00
44301

İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin