I və II Qarabağ savaşında erməni cinayətlərinin SİYAHISI – Hansı beynəlxalq sənədlər POZULUB?

Hazırda oxunan: I və II Qarabağ savaşında erməni cinayətlərinin SİYAHISI – Hansı beynəlxalq sənədlər POZULUB?

44210

Əslində erməni cinayətləri XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayıb. 

Bizim.Media bu dəfə işğalçıların I və II Qarabağ savaşlarındakı cinayətlərinin qısa siyahısını hazırlayıb. Bu ən iri erməni cinayətlərinin siyahısıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı əsirlərin İrəvanda öldürülməsi ilə bağlı yeni FAKTLAR - FOTO


I Qarabağ savaşı:

• Qarakənd faciəsi - 1991-ci il 20 noyabrında Xocavənd rayonunun Qarakənd yaxınlığında, Ağdamın Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterinin vurulması nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev öldürülüb. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

• 1992-ci il fevral ayının 26-na keçən gecə Xocalı şəhəri erməni silahlıları tərəfindən yerlə-yeksan edildi, böyük sayda uşaq, qadın, qoca, dinc əhali məhv edildi. Öldürülən insanların sayını 613 nəfər göstərdilər. Həqiqət budur ki, həmin gecə 2300 nəfərdən artıq adam erməni soyqırımının qurbanı olub. 

• 1992-ci il aprel ayının 8-də ermənilər Kəlbəcərin Ağdaban kəndinə silahlı hücum edərək 779 nəfər dinc sakininə amansız işgəncələr veriblər. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırım nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itgin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

• Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi olub.

İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb.
 

100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib.


Ermənilərin dinc əhaliyə qarşı törətdiyi qətliamları sadalamaqla bitmir. Həm də onların I Qarabağ savaşındakı cinayətləri nəticəsində 1 milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. İstifadəsi qadağan olunan silah və muzdlulardan istifadə edən ermənilər törətdiklləri soyqırımlar zamanı xüsusi amansızlıq göstərib və bunu terrora şərik olan yazıçıları Zori Balayan da öz kitablarında “fəxr”lə qeyd edib. İrəvan I Qarabağ müharibəsində əsir, girov və itgin düşmüş 4 min azərbaycanlı haqqında hələ də izahat, hesabat verməyib.

II Qarabağ savaşı:

⦁    27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. 

⦁    Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib. 

⦁    2020-ci ilin təkcə 11 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. 

⦁    Oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, irimiqyaslı dağıntılar baş verib. 

⦁    Əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U", "Smerç", "Skad" və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədini daşıyıb.

⦁    Bərdə şəhərinə raket hücumu zamanı qadağan olunmuş kaset tipli bombalardan istifadə edilib.

⦁    2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər həlak olub, 70 nəfərdən artıq insan yaralanıb. 

⦁    2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin mərkəzinə hər birinin içərisində 72 ədəd, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli böyük dağıdıcı qüvvəyə malik 2 ballistik raket zərbəsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

⦁    27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əlbəttə ki, siyahıya ermənilərin mina xəritələrini verməməsi və bomba tələləri cinayətlərini də əlavə etmək olar.
 

Bundan başqa, ermənilər əcnəbilərin, muzdlu və terrorçu qruplaşmaların da müharibədə iştirakını təmin edib. Onu da deyək ki, ermənilərin hərbi cinayətləri təkcə sadalanan bu iki savaş dönəmində yox, atəşkəs zamanında da tez-tez yaşanıb.


Pozulan və əməl olunmayan beynəlxalq sənədlər:

1. BMT qətnamələri – Azərbaycan bu sənədlərin icrasına savaşla nail oldu

2. 1949-cu il 12 avqust tarixli Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair dördüncü Cenevrə konvensiyası 

3. 1974-cü il Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə

4. 1989-cu il Uşaq hüquqları haqqında konvensiyaya, 2000-ci il Silahlı münaqişələr dövründə uşaqların müdafiəsindən bəhs edən uşaq hüquqları haqqında konvensiyaya əlavə protokol

5. 1907-ci il Quru müharibəsi qanunları və adətləri haqqında Haaqa konvensiyası

6. 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol

7. 1954-cü il Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası

8. 1999-cu il ona əlavə protokol

9.  Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il 10 dekabr tarixli konvensiya

10. Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında 1980-ci il konvensiyası

11. 1974-cü il Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə

12. 1989-cu il Uşaq hüquqları haqqında konvensiya, 2000-ci il Silahlı münaqişələr dövründə uşaqların müdafiəsindən bəhs edən uşaq hüquqları haqqında konvensiyaya əlavə protokol və digər beynəlxalq hüquq sənədlər

13. 948-ci il 9 dekabr tarixli Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında konvensiya

Ermənilər isə bu və ya digər beynəlxalq sənədləri 30 il ərzində kobudcasına pozublar.

Azərvbaycanda populyar olan ifadə kimi: “Və buna dünya birliyi hələ də susur”.

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin