İşğaldan azad olunmuş ərazilərin pay torpaqları necə bölünəcək? - VİDEO

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərin pay torpaqları necə bölünəcək? - VİDEO

44172

İşğaldan azad olunmuş ərazilərdə sakinlər arasında pay torpaqlarının bölgüsü aparılacaq.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Qarabağ bölgəsi işğal altında olduğu üçün indiyə kimi həmin ərazilərdə torpaq islahatı aparmaq mümkün olmayıb.

Millət vəkilinin sözlərinə görə, artıq bununla bağlı işlərə başlanıb. İşğaldan azad edilmiş kəndlər bərpa olunarkən hər bir evə təqribən 12 sot torpaq ayrılacaq.

Tahir Rzayev bildirib ki, pay torpaqlarının bölgüsü ilə bağlı qeydiyyat işləri aparılır. Hazırda əkinə yararlı torpaqlar araşdırılır. "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələrinin həyata keçirildiyi Zəngilan rayonunda 600 hektara yaxın torpaq yararlı hala salınıb və 450 hektara yaxın torpağın isə əkinə ayrılması nəzərdə tutulur.

Millət vəkili əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyə torpaqlarının da müəyyənləşdirilməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin