Azərbaycanda dəmir yolu xəttindən oğurluq edən şəxs tutuldu - VİDEO

Hazırda oxunan: Azərbaycanda dəmir yolu xəttindən oğurluq edən şəxs tutuldu - VİDEO

44170

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Şabran dəmir yolu xəttinin Baş Sumqayıt stansiyası ərazisindən keçən hissəsindən oğurluq edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, naməlum şəxs stansiya ərazisindəki rabitə quyusundan ümumilikdə 73 metr borunu kəsərək oğurlayıb və nəticədə stansiyaya 1 300 manata yaxın maddi ziyan vurub.

Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Hüseynbala Cəfərov saxlanılıb.
 

Onun oğurladığı əşyaların bir hissəsi və hadisə zamanı istifadə etdiyi kəsici alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Hüseynbala Cəfərov ifadəsində qeyd edilən stansiyanın ərazisindən oğurluq etdiyini etiraf edib.


Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin