Dövlət Miqrasiya Xidməti (DMX) xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Qurumdan Bizim.Media-ya bildirilib ki, bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək:
"Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (noyabr ayı üzrə 6 və 7, 13 və 14, 20 və 21, 27 və 28 tarixlərdə, dekabr ayı üzrə 4 və 5, 11 və 12, 18 və 19, 25 və 26 tarixlərdə) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər".
MÖVZU İLƏ BAĞLI:
Miqrasiya xidmətindən xarici ölkə vətəndaşlığı alan azərbaycanlılara MÜRACİƏT - VİDEO
"Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyən) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur", - DMX-dən bildirilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.
Bizim.Media