Şuşanın azad edilməsi barədə Ali Baş Komandana məruzə edən XÜSUSİ TƏYİNATLI

Hazırda oxunan: Şuşanın azad edilməsi barədə Ali Baş Komandana məruzə edən XÜSUSİ TƏYİNATLI

4415

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali Baş Komandan məruzə edən xüsusi təyinatlı, mayor  Zaur Şirinbəy oğlu Rəhimovdur.

Bizim.Media xəbər verir ki, Zaur müharibənin ilk günlərindən cəbhəyə yollanıb. Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli, Qubadlının  kəndləri, Xocavəndin Hadrut qəsəbəsinin işğaldan azad olunmasında böyük şücaət göstərib.

İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Xəstəxanaya yerləşdirilən Rəhimov əməliyyat olunub, qəlpəsi çıxarılıb. Lakin yarası sağalmadan təkidlə yenidən cəbhəyə qayıdıb, döyüşü davam etdirib.

“Zauru xəstəxanada saxlamaq mümkün olmurdu. Şuşa uğrunda döyüşlərə qatılmaq istəyirdi, Şuşanın azad edilməsini görmək arzusundaydı, bu arzusuna çatdı. Yaralarının sağalmasını gözləmədən hospitaldan çıxıb yenidən döyüşə getdi”,-yaxınları sosial şəbəkələrdə onun haqqında yazıblar.

Zaur ikinci dəfə Şuşa uğrunda döyüşlərdə yaralanıb. Şuşanın alınmasını Prezdentə məruzə edib və yenidən xəstəxanaya qayıdıb. Hazırda müalicəsini davam etdirir.

Ali Baş Komandan tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Lerik rayonu, Veri-Əliabad kəndindən olan Rəhimovları hamı tanıyır. Ailənin 10 övladı-7 oğlu, 3 qızı var.  Qardaşlardan üçü birinci Qarabağ savaşında iştirak edib və yaralanıblar. Zaurun əmisinin oğlu, Valeh Rəhimov isə şəhid olub. Zaurun bacısının iki oğlu da Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, onlardan biri şəhid olub.

Zaur Rəhimov ailəlidir, övladları var.  (virtualaz.org)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin