Jurnalist Elnur Hidayətoğlu Kliniki Tibbi Mərkəzdə (public hüququ şəxs) ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri təyin olunub.
Bu barədə o, özünün Facebook səhifəsində status yazıb və mərkəzdə yeni qurumun - İctimaiyyətlə əlaqələr bölməsinin yaradıldığını deyib.
Elnur Hidayətoğlu Bizim.Media-ya açıqlamasında bölməyə daha bir jurnalist - Hicran Əlişqızının da təyinat aldığını deyib:
“H.Əlişqızı Mətbuat xidmətinin mütəxəssisi vəzifəsində işləyəcək. Mərkəzdə hər şey dəyişəcək, yeni yanaşmalar olacaq. Məqsədimiz yeni kollektivlə istəyimizə nail olmaqdır”.
E.Hidayətoğlu bu vəzifəyə qədər Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Təbliğat şöbəsinin rəhbəri olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:49 / 01.11.2021
İki jurnalistə vəzifə verildi
Hazırda oxunan: İki jurnalistə vəzifə verildi
Hazırda oxunan: İki jurnalistə vəzifə verildi
44136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.