Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən “Qarabağ İlmələrdə” layihəsi çərçivəsində toxunan Qarabağın “Çələbi” xalçası Şuşa şəhərindədir.
Bizim.Media xəbər verir ki, layihə çərçivəsində toxunan xalça Şuşa işğaldan azad olunandan sonra burada toxunan ilk Qarabağ xalçası olub.
Qeyd edək ki, Qarabağ xalçası Şuşanın Xalça Muzeyinə təhvil veriləcək. Onun gələcəkdə muzeydə eksponat kimi saxlanılacağı istisna edilmir.
Qarabağ xalçası Zəfər günü ərəfəsində Şuşada nümayiş olunacaq.
Xalça "Azərxalça"nın dizaynerləri tərəfindən hazırlanıb və qədim naxışlarımızı özündə əks etdirən Çələbi xalçasıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:01 / 31.10.2021
Şuşanın azad olunmasından sonra Qarabağda toxunan ilk xalça - FOTO
Hazırda oxunan: Şuşanın azad olunmasından sonra Qarabağda toxunan ilk xalça - FOTO
Hazırda oxunan: Şuşanın azad olunmasından sonra Qarabağda toxunan ilk xalça - FOTO
44095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.